Logo

Rektordan qanun layihəsi ilə bağlı İRAD: "Təkliflər nəzərə alınmayıb"

13.03.2023 11:40 933 baxış
IMG

"Ali təhsilin qarşısında duran ciddi problemlərin həlli qanun layihəsindən kənarda qalıb".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.

Rektor bildirib ki, ali təhsilin məqsədini müəyyən etmək lazımdır:

"Ötən iclasda “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı səsləndirdiyim təkliflər nəzərə alınmayıb. Qeyd edim ki, ali təhsilin məqsədini müəyyən etmək lazımdır. Bundan sonra digər məsələlərə keçilməlidir. Amma qanun layihəsində ali təhsilin məqsədi ilə bağlı müddəa yoxdur. Eyni zamanda qanunda qeyd edilən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi aidiyyəti dövlət qurumu ifadəsi ali təhsil məsələsində çox təhlükəlidir. Ali təhsillə bağlı məsələlərə qanunvericilik formasında aydınlıq gətirilməlidir. Ona görə də ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil”.

Xəbər lenti